« OKTYABR 2024 » | ||||||
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Əbu Məhəmməd İlyas ibn Yusif - dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri; orta əsrlər şərqinin ən böyük şairlərindən biri; farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də o, fars poeziyasının klassiki, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar hesab olunur. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütü şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də ... |
Məhəmməd Füzuli ibn Süleyman — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur. Həyatı ... |
İsmayılzadə Mikayıl Əbdülqadir oğlu — Azərbaycanlışair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934). Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931). Yaradıcılıq fəaliyyəti ... |
Xəlilov Xəlil Rza oğlu - azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi (1992). “İstiqlal” ordeni ilə təltif olunub. Həyatı Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın Pirəbbə kəndində dünyaya gəlmişdir. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeiri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görmüşdür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə ... |
Müzəffərəddin Cahan Yusif oğlu — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahan şah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycanca şeirlər yazmışdır. Uşaqlıq və gənclik illəri Müzəffərəddin Cahan şah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik ... |
Billuri Hökumə (Həkimə) İbrahim qızı - Azərbaycan şairi, ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar incəsənət xadimi (1984). Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi. Həyatı Hökumə İbrahim qızı Billuri Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala ... |
Rüstəmzadə Süleyman Əliabbas oğlu - azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950), II dərəcəli Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Həyatı |
Əfəndiyev Elçin İlyas oğlu - azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, 1968-ci ildənAzərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi (1984), Azərbaycanın Xalq yazıçısı (1998). “İstiqlal” ordeni ilə təltif olunub (2003). Azərbaycan Respublikası Baş Nazirinin müavini. Həyatı |
Rzalı Oqtay Məhərrəm oğlu — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (1981), Rəsul Rza, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı; coğrafiyaşünas-alim, neftçıxarma ustası, geologiya-mineralogiya elmləri namizədi, “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, pedaqoq, bir çox alim və müəllimlər müəllimi. Həyatı Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd ... |
İsayev Hamlet Abdulla oğlu — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru,professor, alim, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və ... |