Əbraxanova Qəmərnisə bəyim Ata xan qızı — şairə.
Həyatı
Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.
Qəmər bəyim Sadıq bəy Vəzirovla ...
|
Həsənəliağa Xan Qaradağlı - görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi.
Həsənəli xan Qaradağlının nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda ...
|
Bayramov Adilxan Hüseynəli oğlu - Tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi. Filologiya elmləri doktoru.
Adilxan Bayramov 1949-cu il fevralın 19-da Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur.
1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966-1971-ci ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ...
|
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı.
Haqqında
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir.
Yaradıcılığı
Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin ...
|
Qasımov Adil Möhsün oğlu — şair, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Adil Qasımov 1938-ci il 12 mart tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Orada Cəlil Məmmədquluzadə adına 2 saylı şəhər məktəbini bitirdikdən sonra APİ-nin pedaqogika və ibtidai təhsil metodikası fakültəsində təhsil almışdır (1958-1962). "Pambıqçı qızlar" adlı ilk şeiri 1958 ci ildə "Şərq qapısı" qəzetində ...
|
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani — mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.
Həyatı
Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs ...
|
Məhəmmədzadə Mirzə Abdulla – ədəbiyyatşünas, tənqidçi.
Həyatı
Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə doğulmuş, ilk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda 1889-cu ildə, təhsil aldığı ...
|
Abbasov Aqil Məhəmməd oğlu — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Aqil Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində ...
|
|