Qövsi Təbrizi (Əbcəd yazısıyla: قوسی تبریزی) və ya Təbrizli Əlican Qövsi (Təbriz: 1568 - Təbriz: 1640) XVII yüzildə Azərbaycanın adlım, görkəmli şairlərindəndir.
Azərbaycan Türkcəsində "Divan"ı bizə gəlib çatmış şair Təbriz şəhərində sənətkar ailəsində dünyaya göz açıb. "Divan"ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın ...
|
Vahabzadə Bəxtiyar Mahmud oğlu - görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (D.EMIN TEREFINDEN1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000), “İstiqlal” ordeni ilə təltif olunmuşdur (1995).
Həyatı
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində ...
|
Mirzə Tağı xan Rafət Təbrizi - şair, yazıçı və jurnalist.
Rafət Təbrizi 1889-cu ildə Təbrizdə anadan olub. Rafət Təbrizi müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadistan"' qazetinin baş redaktoru olmuş və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirmişdi. O Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı idi. O Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olmuşdu həmçinin ...
|
Yaqubov Zəlimxan Yusif oğlu -- Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2005)
Həyatı
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə ...
|
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə ...
|
Əbül-Müzəffər İsmayıl Heydər əs-Səfəvi oğlu — Səfəviyyə təriqətinin şeyxi; Səfəvilər dövlətinin banisi və ilk şahı; şair.
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar ...
|
Axundzadə Cavad Məhəmmədəli oğlu — Azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933).
Həyatı
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji Institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd ...
|
Tahiri Söhrab Əbülfəz oğlu - Azərbaycanın xalq şairi, nasir, publisist.
Söhrab Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
|
İsgəndərov Əliağa Məmmədqulu oğlu - azərbaycanlı şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943), Azərbaycanın ilk Dövlət Mükafatı laureatı.
Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan ...
|
Rzayev Anar Rəsul oğlu — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə ...
|
Tahirzadə Ələkbər Zeynalabdin oğlu – Azərbaycanlı şair.
Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə də oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra məşhur şair ...
|
Molla Vəli Vidadi — XVIII əsr azərbaycann şairi.
Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra ...
|
Seyid Əzim Seyid Məhəmməd oğlu — XIX əsr Azərbaycan şairi və maarifçisi.
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə ...
|
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu - nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddətBatum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və ...
|
Novruzov Cabir Mirzəbəy oğlu - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ...
|
Əliyev Həmid Fərhad oğlu – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq. Filologiya elmləri doktoru.
Həyatı
Həmid Arzulu Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biridir. O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərərək geniş oxucu kütləsinin pərəstişini qazanmışdır. Azərbaycan milli şeirinin müxtəlif formalarında yazdığı lirik, ictimai-siyasi mövzuda olan şeir və poemaları qısa müddət ərzində onun yaradıcılıq diapazonu, istedadı barədə dolğun təəssürat yaratmışdır. "Məni çağır" və "Xanbacı və qonaqları" şeirlər ...
|
Təbrizi Məhəmməd Əla (Əlai) oğlu - şair, xəttat
XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən biri də Xacə Hümam Təbrizidir. Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), ləqəbi Hümaməddin, təxəllüsü Hümam, nisbəsi isə Təbrizidir. Atasının adının Əla olması sənətkarın ...
|
Abizadə Balaş Allahbaxış oğlu - şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981).
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək,vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır. İlk mətbu şeiri ...
|
|