Usmiyev Mehdiqulu xan Xasay xan oğlu - azərbaycanlı hərbiçi, çar ordusunun podpolkovniki.
Mehdiqulu xan Vəfa 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Anası ona babasının (Mehdiqulu xan Cavanşir) adını vermişdir. Ailə təlim-tərbiyəsi almış, Çar ordusunda xidmət etmişdir.
Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-da ...
|
Məhəmməd Şəms əd-Din ibn Əli - mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alim və şair. (Doğum yeri: Təbriz, İran - 1185; Vəfat yeri: Xoy, İran 1248)
Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun ...
|
Babayev Nəbi Ələkbər oğlu - şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).
Həyatı
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri ...
|
Seyid Əli İmadəddin Nəsimi Seyid Məhəmməd oğlu (1369-cu il, Şamaxı - 1417-ci il, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və ...
|
İsmayılov Abbas Məhəmməd oğlu — şair, publisist, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik ...
|
Səbri Təbrizi Qulamrza Hacı Məhəmmədəli oğlu - şair, filosof, ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru (1969), professor (1994).
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də Cənubi Azərbaycanda Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Burada ibtidai dini məktəbi (1940 -1944), sonra Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir (1944 -1953). Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir (1953-1958). Tələbəlik dövrü orta məktəblərdə müəllimliklə yanaşı, Amerikanın İrandakı hərbi idarəsində ...
|
Rzayev Rəsul İbrahim oğlu - azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycanın Əməkdar incəsənət xadimi (1945).
Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ...
|
Aşıq Qurbani Mirzalıxan oğlu — Ustad aşıq. Ədəbiyyatda Dirili Qurbani kimi tanınır.
Aşıq Qurbani Xudafərin yaxılınlığındakı Cəbrayıl rayonunun Diri dağının döşündəki Diri kəndində 1477-ci ildə anadan olub. XV əsrinsonları və XVI əsrdə yaşayıb-yaratmış Qurbani bəzilərinin dediyinə gorə Təbrizin yaxınlığındakı Diri kəndindəndir.
Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır. Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar ...
|
Hüseynov Məmmad Abbas oğlu - azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildənAzərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1957), Azərbaycanın Əməkdar incəsənət xadimi (1940), Ermənistanın Əməkdar mədəniyyət xadimi (1970), Dövlət mükafatı laureatı (1949).
Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin ...
|
Mehdizadə Abbas Əliabbas oğlu — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.
Həyatı
Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şeirləri ...
|
|