İsayev Hamlet Abdulla oğlu — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru,professor, alim, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.
İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.
Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və ...
|
Hüseynov Abbasağa Əli oğlu - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978).
Abbasağa Azərtürk - 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır.
İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və ...
|
Cabbarlı Cəfər Qafar oğlu — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932).
1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.
|
Qayıbzadə Abbas ağa Mirzə Nəbi əfəndi oğlu — şair, tərcüməçi və maarif xadimi.
Həyatı
Abbas ağa Nazir 1849-cu il 9 oktyabrda Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810-1869) dövrünün görkəmli maarifçi-şairi idi. "Bəyani-hal" poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğu nəzmə çəkilmişdir. İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxumuş, Zaqafqaziya müftisi ...
|
|